Nərimanov rayonunun Ceyhun bəy Hacıbəyli küçəsində ağaclar zibil içindədir. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən küçədə aparılan tikinti işləri ilə əlaqədar inşaat tullantıları düz ağacların ətrafına atılıb, onların dibləri bağlanıb. Bundan əlavə, ərazi hasarlanmadığından tullantıların bir hissəsi piyada səkisinə də çıxır.
Bu da həm xoşagəlməz mənzərə yaradır, həm də insanların hərəkətinə maneə törədir.