Nəsimi rayonunda daha bir küçəyə asfalt örtüyü vurulub. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində müxtəlif ünvanlardakı həyətlərdə və dalanlarda, eləcə də sakinlərin istifadə etdikləri piyada səkilərində asfaltlaşma işləri aparılır, eyni zamanda məhəllədaxili yollara yeni asfalt örtüyü vurulur.
Yenidənqurma işləri mərhələli şəkildə davam edir.