Nəsimi rayonunda bir sıra binaların damları təmir olunub. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Moskva pr., 66, 72 və Cavadxan küçəsi, 21 ünvanlarında yerləşən yaşayış binalarının dam örtükləri əsaslı təmir olunub, şüşə-ruberoid örtüyü vurulub, eyni zamanda binaların yağış suları axıdan boru və navalçaları dəyişdirilib.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
[caption id="attachment_128710" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]