Nəsimi rayonunda növbəti iməcilik keçirilib.
Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılıb.
Parklarda, rayonun prospekt və küçələrində yollarda, dayanacaqlarda bardürlər, işıq dirəkləri, həmçinin yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Sözügedən işlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədardır.