Bakıda tapılan 15 günlük körpə haqda məlumat yayılıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonu Y.V. Çəmənzəminli küçəsi, 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı Səbinə Şərifova və onun 27 iyun 2024-cü ildə anadan olmuş körpəsi baxımsız vəziyyətdə qalmışdılar. Əraziyə cəlb olunan polis əməkdaşları və digər orqanların nümayəndələri onları xəstəxanaya yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.