Nəsimi rayonunda hava ilə bağlı tədbirlər görülür. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar yağış və küləkdən sonra Nəsimi rayonu ərazisində əsas küçə və prospektlərdə problemlərin yaranmaması üçün tədbirlər görülüb. Bununla bağlı rayonun bütün xidmət sahələri gücləndirilmiş iş rejiminə keçib, eyni zamanda fəsadların yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində xidmət sahələrinin maşın və mexanizmləri də cəlb olunub.
Tədbirlər rayonun müxtəlif ərazilərində aparılır.