Nəsimi rayonu, Cavadxan küçəsi, 36 və H.B.Əliyev küçəsi, 6 ünvanlarında abadlıq işləri aparılır. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə isitnadən xəbər verir.
Layihə çərçivəsində həyətdə hasara alınmış sahələrin hasarları sökülüb, kök üstündə qurumuş ağaclar budanaraq ərazidən çıxarılıb. Hər 2 binanın dam örtüyü, yağış suları axıdan boru və navalçaları dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, eləcə də ərazidə söhbətgah quraşdırılıb.
Hazırda tamet, bordür daşları vurulur, yaşıllaşdırma, suvarma, işıqlandırma sistemləri çəkilir, həyətdə torpaq işləri görülür. Eyni zamanda oturacaqlar, müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri də aparılır.
Həyətdə yeni asfalt örtüyünün vurulması, təhlükəsizlik kameralarının quraşdırılması işləri də nəzərdə tutulub.
[caption id="attachment_134926" align="alignnone" width="640"]
Foto Nəsimi RİH[/caption]