Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da I ixtisas qrupu üzrə həm RK və Rİ altqruplarını, III qrupda isə DT və TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə keçirilmiş əlavə imtahanın nəticələrini açıqlayıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az DİM-ə istinadən məlumat verir.
İmtahanda iştirak etmiş abituriyentlər link vasitəsilə, həmçinin imtahana buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə nəticələrlə tanış ola bilərlər.