“Nikosayağı” adı ilə tanınan blogerin İnstagram səhifəsi sıfırlanıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Tanınmış sima indiyədək paylaşdığı bütün videoları, fotoları silib və izlədiyi şəxsləri izləmədən çıxarıb. Lakin onun TikTok hesabında bütün paylaşımlar qalmaqdadır.
Ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çarpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N. Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
[caption id="attachment_145361" align="alignnone" width="982"]
Foto Qafqazinfo[/caption]