Yasamal rayonu, “Nizami” metro stansiyasının yaxınlığında yerləşən avtobus dayanacaqları sığınacağa çevrilib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
“5 mərtəbə” adlanan ərazidə yerləşən qapalı avtobus dayanacaqları tüfeyli həyat tərzi sürən şəxslər tərəfindən sığınacaq kimi istifadə edilir. Bu da sakinlərin narazılığına səbəb olur.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nurlan Əliyevdən verilən məlumata əsasən, tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı mütəmadi profilaktiki tədbirlər görülür.
“Bu kimi hallar aşkarlandıqda dərhal müvafiq addımlar atılır”, – deyə qurumdan əlavə edilib.