Bakının Yasamal rayonu, “Nizami” metro stansiyasının yaxınlığında küçə ticarətinə qarşı tədbirlər görülüb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, dayanacağın arxasında quraşdırılan piştaxtalar götürülüb, ərazidə təmizlik işləri görülüb.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən bildirilib ki, sözügedən fakt aşkarlandıqdan sonra tədbirlər görülüb və qanunsuz ticarətin qarşısı alınıb.
Sözügedən ərazidə satışa çıxarılan geyim malları ağacdan asılır, hərəkət çətinləşirdi.