top
Nizami rayonunda 114 ailə qəzalı yataqxanada yaşayır – VİDEO
30 mart 2024, 08:04
- +

Nizami rayonunda 114 ailə qəzalı yataqxanada yaşayır – VİDEO

Bakının Nizami rayonu, Babək prospekti, 79 ünvanında yerləşən yataqxana qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az ATV News-a istinadən xəbər verir.

Sözügedən binada 114 ailə yaşayır. Tikilinin divarlarında iri çatlar əmələ gəlib, pilləkənlər qəzalı vəziyyətdədir, eləcə də binanın tavan hissəsində çökmələr var. Əlavə olaraq, zirzəmiyə kanalizasiya suları dolur, üfunətdən mənzillərdə oturmaq mümkün olmur.

“Zirzəmi ağzına kimi su ilə dolub. Biz isə 1-ci mərtəbədə yaşayırıq. Az qalır ki, ev çöksün. Piləkənlərlə düşə bilmirik, qorxuruq ki, yıxılıb əziləcəyik”, – deyə sakinlər şikayət edirlər.

Əraziyə cavabdeh olan 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Cümşüd Babayev bildirdi ki, aidiyyəti qurumlar yataqxanaya baxış keçirib. Binada əsaslı təmir işlərinin aparılmasına qərar verilib. Lakin sakinlər razılaşmırlar.

“Əlaqədar qurumlar burada yaşayan sakinlərlə söhbət aparıb. Sakinlər dedilər ki, onlara təmir lazım deyil, buradan köçürülmələri daha məqsədəuyğundur”, – deyə C.Babayev qeyd edib.

“Azərsu” ASC-dən bildirilib ki, 20 gün əvvəl yataqxananın zirzəmisindən sular çəkilib, cari təmir işləri görülüb. Sakinlər tullantıları kanalizasiyaya atdıqlarına görə tutulmalar olur və su zirzəmiyə axır. Problemin aradan qaldırılması üçün əraziyə yenidən briqada cəlb olunacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Bu gün, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Bu gün, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Bu gün, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Bu gün, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Bu gün, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
Dünən, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
Dünən, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
Dünən, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
Dünən, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
Dünən, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
Dünən, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
Dünən, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
Dünən, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
Dünən, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Xəbər
09 sentyabr 2026, 21:59

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Oxşar xəbərlər