Bakının Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində fəaliyyət göstərən kafelərin birində ağac pilləkənlərin içərisində saxlanılaraq betonlanıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Fotoları göndərən sakinin sözlərinə görə, pilləkənləri ağacın gövdəsini beton içində saxlamadan da tikmək mümkün olardı. Həmçinin bildirilir ki, səkidə yerləşən kafe sakinlərin hərəkətinə maneə törədir.
Oxu.az-dan əldə olunan məlumata görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hadisə yerinə cəlb edilərək ərazidə bir neçə ədəd betonlanmış ağac aşkar ediblər. Əməkdaşlar tərəfindən betonlanan ağacın gövdəsi təmizlənib, ağaclara qulluq göstərilib.
[caption id="attachment_108574" align="alignnone" width="640"]
Foto Baki Gundeliyi facebook[/caption]