Nizami rayonunda park əsaslı abadlaşdırılıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Rayonun Nəsimi küçəsi, 32A ünvanında yerləşən parkda aparılan yenidənqurma işləri çərçivəsində uşaq və idman meydançaları quraşdırılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.
Parkda elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, səki və tamet daşları yenilənib. Həmçinin parkın ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 150 ədəd Eldar şamı, 147 ədəd kiparis və 4000-dən artıq müxtəlif növ kol əkilib.