Nizami rayonunda səkilərin bərbad vəziyyətdə olması sakinləri narahat edir. Bu haqda 7 mart tarixində Bakuplus.az-a məlumat daxil olub.
Babək prospekti, Modern hospitalın yanındakı səki pis vəziyyətdədir. Sakinlərin sözlərinə görə, magistral yolu vaxtilə təmir olunub, yeni asfalt örtüyü salınıb. Lakin piyadalar üçün səki diqqətdən kənarda qalıb. Eləcə də yayda ayaqların altına xırda daşlar girir, qışda isə səkidə palçıq yaranır.
“Səkinin asfalt örtüyü yeyilib. Təmir-bərpaya ehtiyac var”, - sakinlərin biri bildirib.
[URIS id=35979]