Nizami rayonunda piyada zolağı silinib. Bu haqda 25 mart tarixində Bakuplus.az-a məlumat daxil olub.
Bu hal Şirin Mirzəyev küçəsi, 145 saylı orta məktəbin yanında müşahidə olunur. Həmin yolda piyada zolağının rəngi pozulduğundan piyadalar yolu keçən zaman təhlükəli vəziyyətlə qarşılaşırlar.
Yolda piyada zolağının silinməsindən ən çox valideynlər narahatdır. Onlar aşağı sinifdə oxuyan uşaqları məktəbə özləri aparıb gətirdiklərini deyirlər.
[caption id="attachment_38205" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]