Nizami rayonunda piyada səkisi düzgün təşkil olunmayıb. Bu haqda 8 mart tarixində Bakuplus.az-a məlumat daxil olub.
Qara Qarayev 61 ünvanında piyada səkisi natamam çəkilib. Sakinlərin sözlərinə görə, avtomobil yolunun qırağında salınan səkinin üzərində vaxtilə tikinti malları mağazası tikilib. Bu səbəbdən vətəndaşlar avtomobil yolundan istifadə etməyə məcbur olur.
[caption id="attachment_36007" align="alignnone" width="1600"]
Foto Bakuplus.az[/caption]