Paytaxtın Nizami rayonunda bu gün, 29 iyul tarixində bəzi küçələrdə qaz təchizatı dayandırılacaq. Bu haqda Bakplus.az Azəriqaz-a istinadən məlumat verir.
Məhdudlaşdırma saat 10:00-dan etibarən nəzərdə tutulub və təmir-bərpa işləri ilə əlaqədardır.
Bu müddətdə rayonun Mehdi Abbasov, Özbəkistan, Kamil Balakişiyev, Əli Vəliyev və Rizvan Teymurov küçələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.