Nizami rayonunda ağaclar məhv edilir. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Rayonun Məmmədəli Şərifli küçəsi, 25 ünvanında 12-yə yaxın ağacın qanunsuz şəkildə kəsildiyi, daha sonra isə yandırıldığı haqda məlumat yayılıb. Ərazidəki şəxslərin sözlərinə görə, ağaclar çürümüş olduğundan kəsilib və sahə özəl mülkdür.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.