Nizami rayonunda suşi istehsal edilən müəssisədə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Rayonun Nəsimi küçəsi, 32A ünvanında yerləşən suşi emalı müəssisəsində aparılan yoxlama zamanı sanitariya normalarının pozulduğu məlum olub. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı və temperatur rejiminə əməl olunmadığı aşkarlanıb.
Sadalanan nöqsanlarla bağlı sahibkar məsuliyyətə cəlb olunub. Yoxlamalar davam edir.
[caption id="attachment_120986" align="alignnone" width="640"]
Foto AQTA[/caption]