Paytaxtda “Alisa möcüzələr ölkəsində” adlı yarmarka keçiriləcək. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az xəbər verir.
“Passage 1901” restoranında baş tutacaq tədbirdə məşhur personajlar qonaqları qarşılayacaqlar. Tədbirdə bir sıra yeniliklərin olacağı gözlənilir.
Tədbir mayın 18-də saat 10:00-20:00 arası olacaq. Giriş sərbəstdir.
Ünvan: Nigar Rəfibəyli küçəsi, 12/14, “Passage 1901”.