“Woman Bazaar 3 – Dayanıqlı İnkişaf festivalı” 14-15 oktyabr tarixlərində “Passage 1901”-də baş tutacaq. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az məlumat verir.
“Pasha Holding” şirkəti və “Gender Hub” təşkilatı tərəfindən qadınlar üçün hazırlanan xüsusi tədbir saat 12:00-dan 19:00-a kimi davam edəcək. Sərgiyə giriş sərbəstdir.
Proqramın məqsədi həssas qrupu – valideyn(lər)ini itirmiş, məcburi köçkün və s. təmsil edən qadınların sahibkarlıq fəaliyyətini dəstəkləmək, həyatlarının müxtəlif mərhələlərində məişət zorakılığı ilə üzləşmiş qadınların reinteqrasiyasını sürətləndirmək, həmçinin mövcud fəaliyyətlərin davamlılığının təmin olunmasına dəstək göstərməkdir.
Proqram 14-40 yaş aralığında qadın sahibkarlar üçün nəzərdə tutulub.