Paytaxtın Xəzər rayonunda yerləşən 216 saylı tam orta məktəbdə rus bölməsi ləğv olunur. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az xəbər verir.
Növbəti tədris ilindən təhsil ocağında rus bölməsi fəaliyyət göstərməyəcək. Hazırda təhsil alan 1-10-cu siniflərin şagirdləri isə yaxınlıqdakı məktəblər arasında bölüşdürüləcəklər.