Bu gün paytaxtın 3 rayonunda qaz təchizatı kəsiləcək. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Təmir və sınaq işləri ilə əlaqədar Xətai rayonunun M. Hadi və X. Məmmədov küçələrinin, Səbail rayonunun Y. Bədəlov və Nesterov küçələrinin, Xəzər rayonunun isə Stansiya Qala yaşayış massivinin, Daxili Qoşunların ətraf hissəsinin qazın verilməsində fasilə yaranacaq.
Məhdudiyyətlər saat 10:00-dan işlər bitənədək müşahidə olunacaq.