Paytaxtın dörd rayonunda təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Məhdudiyyətlər bu gün saat 10:00-dan etibarən tətbiq olunacaq.
Bu müddətdə Yasamal (Ə.Ələkbərov, A.Sultanova, M.Rahim, K.Kazımzadə, S.Dağlı, İ.Qurtqaşınlı, Ə.Xanbabayev, H.Soltanov, L.İmanov, B.Vahabzadə küçələri və Hüseyn Cavid prospektində), Suraxanı (A.Rzayev, Ş.Məhərrəmov, X.Ələkbərov küçələrində və Mədən əraziləri), Xəzər (Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsi) və Binəqədi rayonlarının (DSK yolu, Binəqədi qəsəbəsi 1-ci Mədən, ATV və 5056/68 məhəllə, Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsi) müəyyən hissələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.