Bakının bir neçə rayonunda qaz təchizatında fasilə yaranacaq. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Paytaxtın Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonlarında qaz xətlərində təmir-quraşdırma işləri ilə bağlı saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.
Təmir işləri zamanı Binəqədi rayonunun DSK yolu, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunun MİDA yaşayış kompleksinin, Xəzər rayonunun Kənd Buzovna adlanan ərazisinin və Buzovna qəsəbəsinin, Sabunçu rayonunun isə Maştağa qəsəbəsi, Subtropik Sovxozu adlanan ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.