top
Paytaxtın iki rayonunda məcburi köçkünlər yaşayan yataqxanalar qəzalı vəziyyətdədir
21 noyabr 2023, 06:31
- ↺ +

Paytaxtın iki rayonunda məcburi köçkünlər yaşayan yataqxanalar qəzalı vəziyyətdədir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xətai və Nizami rayonlarında məcburi köçkünlər yaşayan yataqxanalar qəzalı vəziyyətdədir və dağılmaq təhlükəsindədir. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az ATV News-a istinadən xəbər verir.

Xətai rayonu, Neapol, 24 ünvanında yerləşən yataqxananın sakinləri hər an tikilinin uçacağından ehtiyat edirlər. Həmçinin onlar bildiriblər ki, həmin yataqxanada 60-dan çox məcburi köçkün yaşayır və bina qəzalı olanlar siyahısına salınsa da, onlar indiyədək oradan köçürülməyib.

Xətai rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Sahib Babayev bildirib ki, bu binanın tikintisi 1992-ci ildə başlanıb və yarımçıq dayandırılıb. Əlavə olaraq bina 11 saylı mədənin məişət tikinti tresti tərəfindən inşa olunub və yataqxana heç bir qurumun balansına verilməyib.

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, təhlükə altında olan binada məskunlaşan məcburi köçkünlərin vəziyyəti ilə bağlı xəbərdardırlar və qurumun nümayəndələri artıq baxış keçiriblər. Hazırda Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri olmadığına görə binada yaşayan sakinlər üçün mənzillər yalnız işğaldan azad olunmuş ərazilərdə tikilir. Məcburi köçkünlərin öz doğma torpaqlarına mərhələli qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar, eyni zamanda Xətai rayonu, Neapol, 24 ünvanında müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar.

Nizami rayonu, Keşlə qəsəbəsi, Yavər Səfərov küçəsində yerləşən ikimərtəbəli bina da qəzalı vəziyyətdədir. Həmin binada 20 ailə yaşayır.

“Təmir işlərinin həmin binalarda aparılması səmərəli hesab olunmur. Yaşayışın yaxşılaşdırılması üçün sahibkarlara da təklif olunur ki, onlar da orada xüsusi sərəncamla sakinlərin köçürülməsini və gələcəkdə mənzil ilə təmin olunmasını həyata keçirsinlər”, – deyə Nizami rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Bayram Bayramov bildirib.

Əlavə olaraq baş mühəndis məlumat verib ki, həmin yataqxanalarda gələcək zamanda müvəqqəti təmir işləri aparılacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər