Bakının Yasamal və Səbail rayonlarında içməli suyun verilməsində fasilə yaranıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar rayonların bir hissəsində su olmayacaq. Məhdudiyyət gün ərzində davam edəcək.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.