Bakının Səbail və Yasamal rayonlarının bəzi hissələrində abadlıq işləri həyata keçirilir. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus məlumat verir.
Səbail rayonu, İzzət Nəbiyev küçəsində işıq dirəkləri təmir olunur, yararsız lampalar yeniləri ilə əvəzlənir.
Yasamal rayonunun ərazisində isə, 20 nömrəli məktəbin yaxınlığındakı parkda tamet örtüyü dəyişilir, parkda olan fəvvarələr təmir olunur.
Daha öncə, 29 dekabr tarixində yolun həmin parka yaxın hissəsində silinmiş zolaqlar yenilənmişdir.