Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az agentliyin mətbuat xidmətinə istinadən xəbər verir.
Reydlər Suraxanı və Xəzər rayonlarında keçirilib. Məntəqələrin sahiblərinə qarşı inzibati protokol tərtib edilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən quraşdırılmış qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 12 obyektdə görülüb.