top
Paytaxt uşaq bağçalarında bu gün də pul yığımı davam edir? – nazirlik açıqlama verib
17 oktyabr 2023, 03:26
- +

Paytaxt uşaq bağçalarında bu gün də pul yığımı davam edir? – nazirlik açıqlama verib

Xəzər rayonu, Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində yerləşən 340 nömrəli körpələr evi-uşaq bağçasında valideynlərdən hər uşağa görə aylıq 30 manat tələb edilir. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Çəkiliş qrupu həmin bağçaya müraciət etsə də, rəhbərlikdən heç bir cavab almaq mümkün olmayıb.

Ekspertlər deyirlər ki, dövlətin məktəbəqədər təhsil müəssisələrindən aylıq ödəniş tələb edənlər hər zaman olub.

“Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tebeliyinə verildikdən sonra istər metodik baxımdan, istərsə də kadrların təminatı baxımından, həm də təminat baxımından müsbət mənada ciddi dəyişikliklər var. Bütün bunların fonunda valideynlərdən hər hansı ödənişlərin tələb olunması qeyri-qanunidir, yolverilməzdir”, – deyə təhsil ekspetri Elşən Qafarov bildirib.

Elm və Təhsil Nazirliyindən də deyilir ki, dövlət bağçaları pulsuzdur. Heç bir müəssisə rəhbəri valideynlərin qarşısına belə bir tələb qoya bilməz. Bu məsələ yalnız məktəbəqədər təhsil müəssisələrinin daxili nizamlanmasına uyğun formada könüllü prinsipi ilə həyata keçirilir.

“Bağçanın müəyyən problemləri ola bilər. Məsələn əlavə dərnəklər yaradıla və yaxud hansısa resursların alınması lazım ola bilər, ya da qapının dəstəyi qırıla bilər. Müxtəlif səbəblərə görə maliyyə xərcləri yaranır”, – deyə Elm və Təhsil Nazirliyinin sektor müdiri İlahə Rəsulova açıqlama verib.

Bəs dövlət bu cür çatışmazlıqları aradan qaldırmır ki, valideynlər özləri könüllü şəkildə iştirak etməlidirlər?

“Yox, qaldırır. Əlbəttə ki, dövlət resurslarla təmin edir, istər yuyucu vasitələr, istər dəftərxana ləvazimatları olsun. Dövlət lazımi xərcləri qarşılasa da, burada tezlik məsələsi da var. Yenə də deyirəm, bağçanın özünün müəyyən qayğıları var”, – deyə Rəsulova əlavə edib.

Elm və Təhsil Nazirliyindən o da deyildi ki, əgər hər hansı bağça rəhbərliyi valideynlərdən məcburi ödəniş tələb edərsə, onlar dərhal qurumun 146 nömrəli qaynar xəttinə zəng edib, məlumat verə bilərlər.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

14-20 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
12 sentyabr 2026, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
12 sentyabr 2026, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
12 sentyabr 2026, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
12 sentyabr 2026, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
12 sentyabr 2026, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
12 sentyabr 2026, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
12 sentyabr 2026, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
11 sentyabr 2026, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
11 sentyabr 2026, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
11 sentyabr 2026, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
11 sentyabr 2026, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
11 sentyabr 2026, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
11 sentyabr 2026, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
11 sentyabr 2026, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
11 sentyabr 2026, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
11 sentyabr 2026, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Oxşar xəbərlər