Bakıda “Cars and Coffee Azerbaijan” festivalı baş tutacaq. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Dünyaca məşhur festival paytaxtda ikinci dəfə keçiriləcək. Tədbirdə “supercar”lar, idman, klassik və tüninq olunmuş avtomobillərin sərgisi olacaq. Həmçinin “Baku Crystal Hall”da “Monster Truck Show” (avtomobillərin əzilməsi, avtomobillər üzərindən tullanma və digər trüklər) təşkil olunacaq.
Əlavə olaraq, festival çərçivəsində məşhur DJ ifasında peşəkar kaskadyorlar tərəfindən “2Təkər şou”, “HyperDrift” və “Skyfall” kimi şoular və digər trüklər göstəriləcək.
Festival iyunun 15-də baş tutacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 30-60 AZN arası dəyişir.