Bakının müxtəlif ünvanlarında yerləşən mağazalar mal qəbulu zamanı səkiləri piyadalar üçün keçilməz maneəyə çevirir. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az “Bakı Gündəliyi” Facebook səhifəsinə istinadən məlumat verir.
Bayıl qəsəbəsinin Qurban Abbasov küçəsində yerləşən yeni tikili binanın birinci mərtəbəsini supermarket tutur. Obyektin qarşısındakı piyada səkisi isə tamamilə parkinqə çevrilib. Gün ərzində gələn yük maşınları mal boşaltdığı üçün buradan keçmək mümkün olmur.
Oxşar vəziyyət Bəşir Səfəroğlu və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində də müşahidə olunur. Burada əlavə olaraq, səki təsərrüfat avadanlıqlarının saxlama yeri kimi istifadə olunur.
Həmin ünvanda yerləşdirilən “Bravo” supermarketinin nümayəndəsi bildirib ki, sosial mediada əks olunan müştəri iradları müvafiq şöbələrə yönləndirilməsi üçün nəzərə alınıb, məsələ araşdırılacaq.
[caption id="attachment_121879" align="alignnone" width="640"]
Foto Bakı Gündəliyi[/caption]