Şənbə günü, 25 may tarixində Bakıda ümumşəhər iməciliyi baş tutacaq. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Bakı şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkarları və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.