İyulun 27-28-də Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 40-a yaxın fermerin iştirakı gözlənilir. Tədbirdə 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.
Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək.
Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.