27-29 dekabr tarixlərində “Arte Di Cafe”də “Qış nağılı” adlı yarmarka baş tutacaq. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az xəbər verir.
Yeni il münasibətilə keçirilən yarmarkada hədiyyələr, dekorasiyalar, dizaynerlərin əl işlərini, eləcə də Yeni ilə aid şirniyyatlar əldə etmək mümkündür.
Tədbir sadalanan günlər saat 16:30-20:00 arası keçiriləcək. Burada DJ Zed və “CoolBand” musiqi qrupunun, həmçinin “SanSara” rəqs akademiyasının çıxışları olacaq.
Əlavə olaraq yarmarkada “Home Alone” filminin dekorasiyalarında və “Retrobox”da şəkil çəkdirmək mümkün olacaq.