Bakının Xəzər rayonu ərazisində quraşdırılan yol nişanı sürücülərin baxış bucağına uyğun gəlməyən şəkildə qoyulub. Bu haqda bu gün, 13 aprel tarixində Oxu.az məlumat verib.
Buzovna qəsəbəsində “Araz” supermarketlə üzbəüz qoyulan (1.16.3 - Qabarıq yol) nişan düzgün istiqamətdə qoyulmadığına görə onu yoldan görmək mümkün olmur.
14:16 - Yenilənib
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən küçədə yol nişanı küləyin təsirindən fırlanıb. Məsələnin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər görülür.