top
Pirşağıdan çıxa bilməyən sakinlər: “Avtobus 3-4 saatdan bir gəlir” – VİDEO
08 iyul 2024, 07:43
- +

Pirşağıdan çıxa bilməyən sakinlər: “Avtobus 3-4 saatdan bir gəlir” – VİDEO

Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Bağlar massivi adlanan ərazisində yalnız 173B saylı marşrut avtobusu işləyir ki, o da saatlarla gəlmir. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

“40 dəqiqə, bəzən olur bir saat insanlar yollarda qalırlar. Təsəvvür edin, mən indi dayandığım yerdən kəndin mərkəzinə iki kilometrdir. Bu yolu insanlar piyada gedirlər. Burada dayanacaq problemi də var. Kənnddə bir şüşəli dayanacaq görməmişəm”, – deyə sakinlər şikayət edirlər.

Vətəndaşların əksəriyyəti taksidən istifadə etsə də, son vaxtlar qiymətlərin bahalaşması səbəbindən onların çoxu bu nəqliyyat növündən razı deyil.

Sürücülərdən biri problemi xəttə buraxılan avtobus sayının az olduğu üçün yaşandığını bildirdi.

Ərazidə yaşayan sakinlər su problemindən də əziyyət çəkdiklərini, içməli və kanal suyuna həsrət qaldığlarını deyirlər.

“Həftələrlə su görmürük. Mən burada 45 ildir yaşayıram, hələ də su problemi həll olunmayıb”, – deyə sakin narazılığı bildirib.

Marşrut avtobuslarının az olması məsələsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, problemin aradan qaldırılması üçün göstəriş verilib. 173B nömrəli marşrut xəttində 6 avtobus sərnişinlərə xidmət göstərir. Günün pik saatlarında avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttində ləngimələr yaranır. Sözügedən marşrutun daşıyıcısına gündəlik xəttə çıxan nəqliyyat vasitlərinin sayının sərnişin tələbatına uyğun tənzimlənməsi və hərəkət cədvəlinə ciddi riayət olunması ilə bağlı tapşırıq verilib.

Su probleminə gəlincə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən şifahi olaraq bildirildi ki, sözügedən ərazidə Sabunçu Sukanal İdarəsinə məxsus su şəbəkəsi mövcud deyil. Yeni su şəbəkəsinin qurulması mərhələli şəkildə icra edilir.

Son xəbərlər

Xəbər
Bu gün, 17:29

Oğlunu işə düzəltmək istəyən ANA ALDADILDI

Xəbər
Bu gün, 16:00

Amerikalı ilə evləndi, vəhşicəsinə güllələndi - Azərbaycanlı müğənninin faciəvi sonu

Xəbər
Bu gün, 14:50

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbər
Bu gün, 12:57

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Xəbər
Bu gün, 12:36

Azər Aydəmir aidiyyəti qurumlara MÜRACİƏT ETDİ

Xəbər
Bu gün, 11:07

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Səbail
Bu gün, 09:52

Bakının bitməyən tıxacı...

Xəbər
Dünən, 17:48

"Bank Respublika" "Access Bank"ı alır

Xəbər
Dünən, 17:38

Ağac bordürü aşırtdı, barmaqlıqları əydi - Tədbir görən isə yoxdur

Xəbər
Dünən, 16:39

Bəzi müəllimlər qız uşaqlarını ərə getməyə çağırır - Deputatdan İDDİA

Xəbər
Dünən, 15:03

Ərini basdırıb üstündə güllər əkən qadına HÖKM OXUNDU

Xəbər
Dünən, 14:00

"TikTok"da qız adı ilə bacısının keçmiş əri ilə danışıb evə çağırdı

Xəbər
Dünən, 13:50

"Məni qınadılar ki, qızından imtina etmisən, dedim ki, nə gic-gic danışırsınız?" - Xalq artisti əsəbiləşdi

Xəbər
Dünən, 12:01

"Koroğlu"da yeni dəyişiklik: Ekspres avtobuslar üçün ayrıca zolaq yaradıldı

Xəbər
Dünən, 11:57

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Xəbər
Dünən, 10:01

"Atana deyərəm" – Yeniyetmə qızı gizli videosu ilə şantaj etdi

Xəbər
10 sentyabr 2026, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
10 sentyabr 2026, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
10 sentyabr 2026, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
10 sentyabr 2026, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
10 sentyabr 2026, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
10 sentyabr 2026, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
10 sentyabr 2026, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
10 sentyabr 2026, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Oxşar xəbərlər