Bakının 2 qəsəbəsində qaz kəsilib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qaz kəmərlərinin kipliyə sınaq olunması ilə əlaqədar Pirallahı rayonunun eyniadlı qəsəbəsinin, eləcə də Sabunçu rayonunun Nardaran qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.