Çöldə qalan professora pul yığılıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Şahbaz Xuduoğluya istinadən xəbər verir.
Onun sözlərinə görə, vəsait toplamağa çağırışdan 30 dəqiqə sonra 3000 AZN pul toplanmışdı. Səhər saatlarında Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşüb. Hələ gecə Heydər Əliyev Fondunun, səhər isə Nərgiz fondunun nümayəndəsi zəng etdilər. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular.
“Bu gün hesabı yoxlayanda artıq 30.000-dən çox vəsait yığılmışdı. Millətimlə qürur duyuram. Hamınızı bağrıma basıram”, – deyə Ş.Xuduoğlu qeyd edib.
[video width="960" height="1706" mp4="https://bakuplus.az/storage/photos/2024/04/professor-fazil-qaraoglu-il-bagli-paylasim-etdik.-kiray-qaldigi-evd-n-cixarilmis-butun-kitabxanasi-arxivi-aciq-havaya-col-atilmisdi.-alimin-bel-acinacaqli-hali-sad-insanlari-cox-sarsitdi-yatdim-etm-y-.mp4"][/video]