Qaradağ rayonunun Qızıldaş qəsəbəsi zibil poliqonuna çevrilib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət qəsəbənin 2-ci yaşayış massivindən gedir. Belə ki, ərazidə zibil konteynerləri yoxdur. Bu səbəbdən sakinlər məişət tullantılarını küçəyə atırlar. Bu isə antisanitariya və xəstəlik mənbəyinə səbəb olur.
“Küləkli havada qəsəbəyə sellofan əlindən girmək mümkün deyil. Neçə dəfələrlə demişik ki, zibil tökməsinlər. Amma yeşik yoxdur. Camaat hara töksün zibilini?!” – deyə sakinlər şikayət edirlər.
126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən məsələ ilə bağlı bildirildi ki, həmin ərazidə heç bir zibil pulu ödənişi yoxdur. Yaxın zamanda problem həll ediləcək.