Xəzər rayonu, Qala qəsəbəsində bayram tədbiri keçiriləcək. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar Qala Dövlət Tarixi Etnoqrafiya Qoruğunda tədbir keçiriləcək. Təşkilatçı kimi Xəzər rayon İcra Hakimiyyəti və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi çıxış edir.
Tədbir 18 mart saat 11:00-da başlayacaq. Giriş sərbəstdir.