top
Qala divarları məhv yoxsa xilas olunur? – təmir-bərpa ilə bağlı açıqlama – VİDEO
22 iyun 2024, 07:45
- ↺ +

Qala divarları məhv yoxsa xilas olunur? – təmir-bərpa ilə bağlı açıqlama – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Günümüzə qədər tarixin izlərini özündə daşıyan İçərişəhər qala divarlarının bərpası ilə bağlı görülən işlər müzakirələrə səbəb olub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.

Mütəxəssislər hesab edirlər ki, bərpa işləri həyata keçirilərkən abidənin tarixi üslubu və detalları qorunmalıdır. Əks halda müasirləşdirmə nəticəsində həmin tarixilik itə bilər.

“O abidəyə insan kimi baxsaq, məsələn indi insan necə estetik edib cavanlaşır, bu insan üçün bəlkə müsbət bir haldır, tarixi abidə üçün isə əksinə, mənfi bir haldır. Çünki cavanlaşma onun mədəniyyətini bir az irəli edir və biz gələcəkdə onun tarixi abidə olduğunu sübut edə bilməyəcəyik. Çünki yeniləyirik, cavanlaşdırırq. Onun tozu onun tarixinin göstəricisidir”, – deyə memar Aysel Hüseynova öz fikirlərini bildirib.

Memar Elçin Əliyev bu tipli qədim abidələrin tarixiliyini qoruyaraq bərpa edilməli olduğunu deyir. Onun sözlərinə görə, xarici təcrübədə bunun üçün xüsusi üsullardan geniş istifadə edilir. Memar izah edib ki, qala divarları 3D skan olunublar, hər daşın öz nömrəsi var. Daşlar səliqəli şəkildə bir-bir sökülür, divarın fundamenti əsaslı şəkildə təmir olunur, sonra da həmin daşlar öz nömrəsi ilə yerinə bərpa olunur. Dünya bərpa praktikasında işlər daim belə görülür.

İçərişəhər qala divarlarının bərpasını aparan şirkətin nümayəndəsi isə bildirir ki, onlar təmir-bərpa prosesində heç bir tarixi izlərə toxunmurlar və nə etdiklərini bilirlər.

“Bizdə belə bir texnologiyalar var, biz bərpa edilmiş hissəni tam tarixi, qara, çirklənən hissə kimi edə bilərik. Heç kim onu gəlib ayıra bilməz. Amma bir vaxtdan sonra o, yenə də qaralacaq, ondan da qara olacaq. Yəni biz nə etdiyimizi bilirik. Hal-hazırda qala divarının bərpasının orta stadiyasıdır. İşlər hələ ki tam yerinə yetirilməyib”, – bərpa işlərini aparan şirkətin nümayəndəsi Çingiz Nemanzadə deyib.

İçərişəhər 1977-ci ildə tarixi memarlıq qoruğu elan edilib. Əsrlər boyu qədim Bakını hücumlardan qoruyan Qala divarları isə dəfələrlə bərpa edilib. Sonuncu dəfə 1950-ci illərdə restavrasiya olunan qala divarları yolunmuş əhəng daşından tikilib və hörgüsündə isə kəc məhlulundan bərkidici material kimi istifadə edilib. Hazırda Qala divarlarının qalınlığı 3-3,5, hündürlüyü isə 8-12 metr təşkil edir. Divarların 12-ci əsrdə inşa edildiyi hesab olunur.

Son xəbərlər

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Oxşar xəbərlər