top
Qalada kranlardan qırmızı su gəlir: sakinlər suyu maşınlarla alırlar – VİDEO
21 iyun 2024, 06:55
- ↺ +

Qalada kranlardan qırmızı su gəlir: sakinlər suyu maşınlarla alırlar – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə içməli suyun əvəzinə kranlardan qırmızı rəngli duzlu su gəlir. Bu səbəbdən sakinlər tələbatını su maşınları ilə təmin edirlər. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Qonşuların iddiasına görə, quyudan gələn suyu istismara yararsız edən özünəməxsus rəngi və duzlu olmağı deyil. Ərazidə kanalizasiya sistemi olmadığı üçün çirkli sular şambolara axıdılır. Şambolar isə su quyularına məsafəcə yaxındır, bu da çırkli və təmiz suyun bir birinə qarışmasına, nəticə etibarilə antisanitariyaya gətirib çıxarır.

Bu isti havalarda sakinlərin problemi təkcə susuzluq deyil. Şikayətçilər deyirlər ki, ərazidə zibil konteynerləri olmadığı üçün məhəllə özü zibilxanaya çevrilib.

Daha bir acınacaqlı fakt tullantıların ətrafa yaydığı üfunətin fonunda uşaqların oyun oynamalarıdır. Bir sözlə, içməli suya əlləri çatmayan sakinlər digər tərəfdən natəmizlikdə yaşamağa məcburdurlar.

İnsanları narahat edən daha bir məsələ küçələrin adlarının olmamasıdır. Evlərin əksəriyyəti qanunsuz tikildiyinə görə burada heç bir küçənin adı yoxdur, bu da həm vətəndaşlar, həm də müvafiq strukturlar üçün problem yaradır.

Problemləri ilə bağlı Xəzər RİH başçısı aparatının şöbə müdiri Şahin İsgəndərov ilk növbədə küçələrin adları məsələsinə və zibil qutuları probleminə aydınlıq gətirib:

“Qeyd etdiyiniz ərazi Qala qəsəbəsi, 156 və 158-ci Qala küçələrini əhatə edir. Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması və daşınması işləri “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq, sözügedən əraziyə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərin yerləşdirilməsi ilə bağlı RİH tərəfindən “Təmiz Şəhər” ASC-yə müraciət ünvanlanmışdır”.

Həmçinin əhalinin su probleminə toxunan şöbə müdiri bildirdi ki, Xəzər RİH tərəfindən “Azərsu” ASC-yə ünvanlanmış müraciətlərə cavab olaraq bildirilmişdi ki, Qala qəsəbəsinin su təminatı tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə müvafiq layihələr tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Qala qəsəbəsinə içməli su təminatı sisteminin inşası işlərinin icrası cəmiyyətin tədbirlər planına uyğun mərhələlərlə həyata keçiriləcək.

Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin birləşmiş su təchizatı xidmətindən də məsələ ilə bağlı bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş su şəbəkəsi mövcud deyil. Hazırda Qala qəsəbəsinin bir hissəsində içməli su şəbəkəsi yaradılıb. Həmin ərazidə içməli su şəbəkəsinin yaradılması perspektiv layihədə nəzərdə tutulub və mərhələli şəkildə həyata keçiriləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər