Bakının Nizami rayonunda, Qara Qarayev prospekti ilə Tofiq Abbasov küçəsinin kəsişməsində binaların həyətlərində olan ara yollar sakinlər tərəfindən daşla bağlanıb. Bu haqda bu gün, 6 fevral tarixində Avtosfer məlumat verib.
Videogörüntüləri göndərən taksi sürücüsü bildirir ki, binaların həyətlərinə giriş yalnız bir tərəfdən açıq qalır.
İzləyicinin sözlərinə görə, bu vəziyyət yolverilməzdir. Hər hansı fövqəladə hal baş verdikdə yanğınsöndürən, polis, təcili yardım maşınları da həyətlərə daxil ola bilməyəcək.