top
Qaraçuxurda beşmərtəbəli bina diqqətsiz qalıb
01 mart 2024, 07:39
- ↺ +

Qaraçuxurda beşmərtəbəli bina diqqətsiz qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, 6 ünvanında bina və məhəllə illərdir baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, 48 il əvvəl inşa olunan binada 90 ailə yaşayır, ancaq sakinlər qurumların onları unutduğunu vurğulayırlar. Burada təhlükəli məhəccərlər, qırıq pəncərələr və natəmizlik hökm sürür.

“Neçə dəfə az qala yıxılırıq, pəncərələr insanların başına tökülür, düşüb-çıxa bilmirik. Küçələr də kələ-kötürdür, hərəkət edə bilmirik”, – deyə sakinlər şikayət edirlər.

Binanın yerləşdiyi küçədə asfalt dağılmış-tökülmüş vəziyyətdədir, binanın özü isə nəm və baxımsız haldadır.

Sakinlərin sözlərinə görə, onların yaşadıqları bina unudulub və heç bir qurum köməklik etmir:

“Binanın özü Suraxanı rayonunda yerləşsə də, köhnə bina olduğuna görə, o vaxtdan qalıb Sabunçu rayonu “jek”inin balansında. O da uzaqda olduğuna görə bura heç baxılmır. 2020-ci ildə söz verdilər ki, nəsə edəcəklər, amma 4 ildir vəziyyət eynidir”, – deyə sakinlər əlavə ediblər.

3 nömrəli xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyinin 39 saylı mənzil kommunal istismar sahəsindən məsələ ilə bağlı bildirilib ki, bina 2022-ci ildə əsaslı təmir olunub. Yolların yenidən qurulması üçün isə Bakı ŞİH-yə müraciət edilib.

“Binanın ətrafyanı sahələri gündəlik mütəmadi olaraq süpürülür və məişət tullantıları gündə 1 dəfədən az olmamaq şərti ilə ərazidən kənarlaşdırılır. Blokların daxilində, mənzillərin qarşısındakı sahələr isə vətəndaşların özləri tərəfindən süpürülməlidir”, – deyə qurum əlavə edib.

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər