Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yollar təmir olunur. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Suraxanı Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
İşlər Yeni Günəşli “AB” yaşayış sahəsində, 64, 66, 135, 143, 151, 153, 157 saylı, Hacınski küçəsi, 100 saylı binaların həyətlərində aparılır. Qeyd olunan ünvanlarda asfalt örtüyü yenisi ilə əvəzlənir.
[caption id="attachment_107988" align="alignnone" width="640"]
Foto Suraxanır rayon İcra Hakimiyyəti[/caption]