top
Qaraçuxurda məktəbli qızın təqib edilməsində təqsirli bilinən şəxs sərbəst buraxılıb
13 noyabr 2023, 07:58
- ↺ +

Qaraçuxurda məktəbli qızın təqib edilməsində təqsirli bilinən şəxs sərbəst buraxılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində məktəbli qızı təqib etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Şikayətçinin ərizəsinə görə, “VAZ-2104” markalı avtomobilin sürücüsü dərsdən evə qayıdan 14 yaşlı qızını israrla təqib edib. Bundan sonra polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib və hadisəni törətmiş 42 yaşlı S.Salahov (şərti) saxlanılaraq 32-ci PB-yə aparılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə göndərilib.

“3-4 ay olar ki, *** nömrəli orta məktəbdən evə gələrkən “VAZ-2104” markalı minik maşını ilə bir nəfər orta yaşlı kişi məni izləyir. Mən dayananda maşını saxlayıb mənə baxır və həmin şəxsin bu hərəkətlərindən qorxaraq yolumu dəyişib başqa yolla evə gedirəm.

Sonuncu dəfə də Qaraçuxurda həmin maşın məni izləyərkən yolun qarşı tərəfinə keçdim, bir az getdikdən sonra maşını saxlayaraq mənim gəlməyimi gözlədi. Maşının pəncərəsindən gözlərini zilləyərək mənə baxırdı. Həmin şəxsi görərkən qorxudan gedə bilmədim. Maşının yaxınlığından keçərkən həmin şəxs maşının qapısını açıb düşmək istədi. Mən də yoldan keçən bir tanımadığım qadına yaxınlaşdım. Həmin qadınla bir az getdikdən sonra fikirləşdim ki, evə qayıtmalıyam. Geri qayıdarkən gördüm ki, yenə də həmin maşın dayanıb və məni gözləyir”, – qız məhkəmədə deyib.

Saxlanılan kişi isə həmin qızı tanımadığını deyib. Kişinin sözlərinə görə, o, küçələrdən, marketlərdən karton və plastmas toplayaraq müəssisələrə təhvil verərək ailəni dolandırır. Kişi bildirib ki, onun 9 uşağı var, onlardan beşi də qız uşağıdır.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə, həmin şəxsə bəraət hökmü oxunub. O, məhkəmə zalından sərbəst buraxılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər