Suraxanıda növbəti küçə asfaltlanır. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Abadlaşdırma işləri adıçəkilən rayonun Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsində aparılır. Ümumi sahəsi 1470 kv.m olan əraziyə asfalt örtüyü vurulur.
Paralel olaraq rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
[caption id="attachment_139089" align="alignnone" width="640"]
Foto Qafqazinfo[/caption]