Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704-cü məhəllədə təmir işləri aparılır. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmir işləri çərçivəsində uzunluğu 1,4 km olan yolda 8500 kv.m əraziyə yeni asfalt örtüyü salınır. Asfalt yenilənəndən sonra küçədə nişanlanma xətləri çəkiləcək.
Qəsəbənin digər küçələrində də təmir-bərpa işlərinin aparılması gözlənilir.